Çapa göndər
Qarabağdakı sülhməramlılara yeni komandir TƏYİN OLUNDU

09 sentyabr 2021 - 13:17

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub. 

Bu posta Mixail Kosobkov təyinat alıb.

General-mayor Mixail Kosobkov artıq Yerevandadır. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Qeyd edək ki, Kosobkov Rusiyanın Cənub Hərbi Dairəsinin keçmiş komandir müavini olub, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına rəhbərlik edib.

Mixail Kosobkov Qarabağdakı sülhməramlı kontingentin rəhbəri postunda general-leytenant Rüstəm Muradovu əvəzləyib