Çapa göndər
Həlak olan rus nazirin vəzifəsi erməniyə tapşırıldı

08 sentyabr 2021 - 17:43

Yevgeni Ziniçevin faciəli ölümündən sonra Rusiyanın Fövqəladə hallar naziri səlahiyyətlərinin icrasını müvəqqəti olaraq nazirin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan yerinə yetirəcək.

Bu barədə RİA-Novosti-yə situasiya ilə tanış olan mənbə bildirib.

“Ziniçevin həlak olmasından sonra Rusiya Fövqəladə Hallar nazirinin vəzifələri daxili xidmət general-polkovniki Aleksandr Petroviç Çupriyana həvalə ediləcək”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.