07 sentyabr 2021 - 19:10
Qarabağın görüntüləri Ermənistan himni üçün yeni videoçarxa daxil edilməyəcək. Bu barədə Ermənistan mətbuatı yazır. Eyni açıqlamanı politoloq Armen Bağdasaryan da verib.
İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Anna Ohanyan, Ermənistan mediasının sorğusuna cavab olaraq bildirib ki, telekanal yeni videoçarxın hazırlamasında iştirak etmir.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi isə şərh verməkdən imtina edib.