Çapa göndər
Lamiyə Vəliyeva: Tokio Paralimpiadasındakı uğurlu çıxışımı “Paris-2024”də də davam etdirəcəyəm +VİDEO

07 sentyabr 2021 - 16:56

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyimlə qürur duyuram.
Bunu Paralimpiya çempionu Lamiyə Vəliyeva sentyabrın 7-də “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli komandamızın üzvlərinin sonuncu qrupunun qarşılanması mərasimində jurnalistlərə müsahibəsində deyib.