Çapa göndər
Hərarəti 37-dən yuxarı olanlar məktəbə buraxılmayacaq

07 sentyabr 2021 - 16:13

Məktəbə daxil olanların hərarəti ölçüləcək, ondan sonra dezinfeksiya işləri aparılacaq. Əgər şagirdin və ya müəllimin bədən hərarəti 37 dərəcədən yuxarı olarsa, məktəbə buraxılmayacaq.

Bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində deyib.

R.Ağayev bildirib ki, dərs vaxtı hərati qalxan olarsa, hər bir məktəbdə hazırlanan izolyasiya otaqlarına yerləşdiriləcək və aidiyyatı üzrə məlumat veriləcək.