06 sentyabr 2021 - 11:43
Əfqanıstandakı "Taliban" yaraqlıları polis qadını güllələyiblər.
Banu Negar adlı öldürülən məmurun güllələnən zaman səkkiz aylıq hamilə olduğu söylənilir. O qohumlarının və ailəsinin gözü qarşısında evində öldürülüb. Cinayət Əfqanıstanda qadınlara qarşı təzyiqlərin artması ilə bağlı xəbərlərin artması fonunda baş verib. "Taliban"dan BBC-yə bildirib ki, Negarın ölümündə heç bir əlaqələri yoxdur və hadisəni araşdırırlar.
"Hadisədən xəbərdarıq və təsdiqləyirəm ki, Taliban onu öldürməyib, araşdırmamız davam edir" deyə "Taliban" sözçüsü Zabiullah Mücahid deyib.