Çapa göndər
Prezident Yay Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançılarımızı təbrik edib

04 sentyabr 2021 - 11:18

Prezident İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva və Orxan Aslanovu təbrik edib.

 

Dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

 

Paylaşımda deyilir: "Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!".