Çapa göndər
Səkkiz azərbaycanlı Almaniyadan deportasiya edildi

02 sentyabr 2021 - 20:22

Ötən gün Gürcüstan Respublikasının vətəndaşı olan səkkiz azərbaycanlı Almaniyadan deportasiya edilib.

2015-ci ildə Almaniyaya gələrək, qaçqın kimi sığınacaq istəyən azərbaycanlılar miqrasiya idarəsi və polis əməkdaşları tərəfindən Dortmund hava limanına gətiriliblər. Onlar Dortmund-Kutaisi təyyarə reysi ilə Gürcüstana göndəriliblər.

Deportasiya olunan səkkiz nəfərdən üçü bir ailənin üzvü olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən bildirilib ki, bu ilin may-iyul aylarında ümumilikdə 819 Gürcüstan vətəndaşı federal idarədən sığınacaq istəyib.