Çapa göndər
“Azərbaycanla sülh danışıqları..." - Erməni nazir açıqladı

31 avqust 2021 - 18:12

“Hazırda Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar aparılmır”.

Bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya Xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Erməni diplomat Azərbaycanın ərazi bütövlüyünün tanınmasının mümkünlüyü ilə bağlı suala birbaşa cavab verməyib: “Mən təklif edərdim ki, ötən ilin noyabrın 10 -da və yanvarın 11 -də üçtərəfli bəyanatlar çərçivəsində əldə edilmiş razılaşmaların icrasına diqqət yetirək. Bu mərhələdə sülh müqaviləsi üzərində heç bir danışıqlar aparılmır”.

Erməni nazir çıxışı zamanı ATƏT-in Mİnsk Qrupundan bəhs edib.