Çapa göndər
Paşinyan gedir - Ermənistanı bu şəxs idarə edəcək

31 avqust 2021 - 18:03

Nikol Paşinyan qısa müddətli məzuniyyət götürüb.

Bu barədə Ermənistanın nazirlər kabineti məlumat yayıb.

Avqustun 31-dən sentyabrın 3-nə qədər məzuniyyət götürən Paşinyan Ermənistanda olacaq. Yəni, istirahətini xaricdə keçirməyəcək. 

Bu müddət ərzində baş nazirin vəzifələrini Paşinyanın müavini Suren Papikyan icra edəcək. Daha əvvəl yayılan məlumatlara görə, Nikol məzuniyyətini ailəsi ilə birgə Soçidə keçirəcək.