Çapa göndər
Zəngibasarda ermənilərin viran qoyduğu Ağadədə məzarlığı ilk dəfə görüntüləndi +FOTO=17

26 avqust 2021 - 14:53

Ermənistanda azərbaycanlılara məxsus tarixi irsin məhv edilməsi prosesi uzun illərdir davam edir.

Bu müddətdə ermənilər tarixi Azərbaycan torpaqlarındakı bir çox abidəni, məscidləri, məzarlıqları viran qoyublar.

Ancaq ermənilər hər nə qədər çalışsalar da, bu izləri tamamilə silmək mümkün olmayıb.

Britaniyalı səyyah-fotoqraf Qurdip Mattu Zəngibasar mahalının Uluxanlı qəsəbəsinin ərazisindəki Ağadədə ziyarətgah-məzarlığında olub. Fotoqrafın çəkdiyi fotolardan məzarlığın demək olar ki, tamamilə dağıdıldığı müşahidə olunur.

Görünür, qəbiristanlığın bu hissəsinin çay sahilində olması əraziyə girişi çətinləşdirdiyi üçün azərbaycanlılara məxsus məzarlıqda məzar daşlarının bəzi hissələri erməni vandallığının qurbanı olmaqdan xilas olub.