Çapa göndər
“Artilleriya atəşinin ustaları” beynəlxalq müsabiqəsinin iştirakçıları üçün brifinq keçirilib

23 avqust 2021 - 11:36

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlaması ilə bağlı iştirakçılar üçün brifinq keçirilib.

 

Brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və  maddi-texniki bazası ilə bağlı məlumat verilib

 

Qeyd edək ki, avqustun 25-dən başlayacaq müsabiqədə Azərbaycan Ordusu 22 hərbi qulluqçu ilə təmsil olunur.
Artilleriyaçılarımızın müsabiqəyə hazırlığı davam edir.