Çapa göndər
“Dəniz kuboku” müsabiqəsində iştirak edəcək hərbi dənizçilərimiz yola salınıb (+FOTO=3, +VİDEO)

18 avqust 2021 - 10:44

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.

 

Ölkəmizi müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu" (Rusiya), "Artilleriya atəşinin ustaları" (Qazaxıstan), "Dəniz kuboku" (İran) və "Mədəniyyət ordusu" (Rusiya) müsabiqələrində iştirak edəcəkdir.