Çapa göndər
“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib (+FOTO=4, +VİDEO)

17 avqust 2021 - 13:18

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvlərinin də iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarışların üçüncü günündə çıxış edəcəklər.

Komandamız Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.