Çapa göndər
Kommunal xərclərin ödənilməsi necə aparılmalıdır?

14 avqust 2021 - 09:50

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, kommunal xərclərin ödənilməsi üzrə hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir.

 

Dövlət Vergi Xidməti xəbər verir ki, kommunal xidmət haqlarını nağd qaydada qəbul edən şəxsə qanunun tələbləri pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Bundan başqa, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergiödəyicisinin vəzifələrinə aid edilib.

 

Mənzil Məcəlləsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.