06 avqust 2021 - 22:04
ABŞ Dövlət Departamenti Ağ Evdən yoxa çıxan 5800 dollarlıq viski şüşəsini axtarır.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yer alıb.
Yoxa çıxan Yaponiya markalı viski şüşəsi 2019-cu ildə ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeoya hədiyyə edilib. Hədiyyənin dəyəri 390 dollardan çox olduğu üçün Pompeo vəzifəsini tərk edərkən özü ilə apara bilməyib və viski şüşəsi Ağ Evin əmlakına çevrilib.