05 avqust 2021 - 20:38
İsrailin Müdafiə naziri Benni Qantz ölkəsinin İrana zərbə endirməyə hazır oluğunu bildirib.
Bu barədə o, İsrailin “Ynet” xəbər agentliyinə müsahibəsi zamanı danışıb.
O, İranın Yaxın Şərq və bütün dünya üçün təhlükə olduğunu vurğulayıb.
“İran İsrailə bir çox cəbhədə problem yaratmağa çalışır, Livan və Qəzzada qüvvələrini artırır, Suriya və İraqda milislər yerləşdirir, Yəməndə tərəfdarlarını dəstəkləyir. İran qlobal və regional problemdir, İsrailə meydan oxuyur”, - deyə Qantz vurğulayıb.
Qeyd edək ki, İsrail İranın nüvə proqramını bir nömrəli problem hesab edir. Tehran nüvə silahı əldə etmək niyyətində olmadığını bildirsə də, İsrail kəşfiyyatı Tehranın nüvə başlığı daşıyan daşımaq qabiliyyətinə malik ballistik raketlər hazırladığını düşünür.