Çapa göndər
Gülağa Tənha yaradıcılığı; "Bu gecə" mahnısı yeni aranjımanda

14 mart 2021 - 10:00

Sənət əsəri necə olur yayılır? Müəlliflər var əsərini götürür çiyninə özü onun əhəmiyyətini təbliğ edir, göstərir. Bir də var əsərlərinin taleyini zamanın axarına buraxan müəlliflər. Hər qələm sahibi öz yolunu seçir, burada bir qədər müəllifin xarakteri də rol oynayır. Digər tərəfdən isə hər bir əsərin insan taleyində olduğu kimi şansa da bağlılığı var. Bir də görürsən çox da əhəmiyyət vermədiyin, az bir vaxtda ərsəyə gələn əsər illərlə üzərində çalışdığın əsərdən daha tez papularlaşır və qəlblərə yol tapır. Belə hallar nadirən baş verdiyindən məlum olur ki, hər uğurlu işin kökündə zəhmət dayanır. Təqdim edəcəyimiz Klip sanki müasir dillə desək keçmişdən bu günə  transformasiya edilib. Xeyriyyəçi – şair Gülağa Tənhanın tanınmış “Bu gecə” şeirinə bəstələnmiş mahnını, müəllifi tam olaraq məlum olmayan bir gənc, musiqinin formatını tam dəyişmiş, yeni aranjıman və ifada səsləndirmişdir. Rejssor Ruslan Mollayev də həmin mahnını bəyənərək ona klip hazırlamışdır. Həmin klipə video link bölməsində baxa bilərsiniz.

 


Söz: Gülağa Tənha
Mix & Mastering: Noton
Record: Black Note

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха hazırladı: Ağa M. A