Çapa göndər
Gülağa Tənha II Kitab (çıxış edir: Xalq artisti Səidə Quliyeva)

03 mart 2021 - 10:06

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı kitabın təqdimatında növbəti çıxışçı xalq artisti Səidə Quliyevadır. Aktrisa, şairin “Sən həsrəti nə bilmişdin” şeirini səsləndirir. On cildlik kitabın I cildinə nəzər yetirərək görürük ki, bu şeir iki şəkildə yazılıb. Şeirlərin hər ikisini oxuculara təqdim edirik. “Dərdin nazını çəkmə” şeirlər kitabı isə rəsmi olaraq sayca şairin ikinci kitabıdır. Baxmayaraq ki, buna qədər Gülağa Qənbərovun artıq həm elmi, həm də bədii kitabları nəşr edilmişdir. Bu barədə gələcək yayımda daha ətraflı qeyd ediləcəkdir. İndi isə video link bölməsində kitab təqdimatından çəkilmiş videoçarxa baxabilərsiniz...
Nəzərinizə çatdırırıq ki, videoçarxlar məhz saytda yayımlanandan sonra yutub kanalında yenindən baxa bilərsiniz. Yeni videolarla görüşünüzə gələcəyik. Canveten.az saytını izləməyi və kanalımıza abunə olmağı unutmayın!

 

SƏN HƏSRƏTİ NƏ BİLMİŞDİN


Əlvida deyirəm bu ağır anda,
Məni xatırlasan nə alış, nə yan.
Gözlərin yuxuya həsrət qalanda,
Gecələr ulduzlu səmaya boylan.


SƏN HƏSRƏTİ NƏ BİLMİŞDİN


Sən həsrəti nə bilmişdin?
Neçə vaxtdı ürəyimi
eləyibdi didim-didim.
Az qalmışdı bu dünyadan
öz xoşumla çıxıb gedim.
Sən həsrəti nə bilmişdin,
Kəsilibdi ömrə qənim.
Ürəyim dil-dil ötürdü:
«Olum, yoxsa…yoxsa ölüm».
Xoşdu mənə
Bu sevgidən gələn zülüm.
Sən həsrəti nə bilmişdin?
Tab gətirmək çətin işdi,
yaman çətin.
Vallah, ölüm gələcəkdi,
Sən bir az da geciksəydin…


Gülağa Tənha. Moskva, 01.09.2003


 


Gülağa Tənha " Dərdin nazını çəkmə " I
#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха