Çapa göndər
Gülağa Tənha Əhvalınız xoş olsun

13 mart 2021 - 13:03

Var ayrılığa kədərlənmək, var o kədərə qol açıb, oynamaq. Bu, musiqi kimidir, dinləyirsən ki, ilk akordlardan şən mahnı ovqatıdır, sözlərinə gəlib çatanda görürsən ki, ayrılıqdan, intizardan, həsrətdən bəhs olunur. Bəlkə də elə həyatın sirlərindən də biri budur: baş verənlər xeyirə çevirmək. Qarşıdan bərəkətli “Novruz bayramı” gəlir hər bir azərbaycanlımızı daim ruzi və xoş əhval-ruhiyyədə olmağı diləyirik! Təqdim edəcəyimiz mahnının sözləri yuraxıda çəkdiyimiz məsələ uyğundur. Xeyriyyəçi – şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı II kitabının təqdimatında növbəti çıxışçı, Dağıstanın Əməkdar artisti Əbülfət Oğuzdur. O, şairin “Soraqlayır” şeirinə yazılan mahnını ifa edir.


Sözlər: Gülağa Tənha
Musiqi: Şamil İsmayıl

 

 

 

SORAQLAYIR


Nə tez getdin, ay insafsız,
İzim səni soraqlayır.
Ocağımda kül altında
Közüm səni soraqlayır.
Ötənləri anıb qalan,
Köz-köz olan, yanıb qalan,
Dodağımda donub qalan
Sözüm səni soraqlayır.
Hər Fərhad bir Şirin seçir,
Hər sevgi bir tale biçir.
Mini gəlir, mini keçir,
Gözüm səni soraqlayır.

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха