Çapa göndər
Gülağa Tənha Hənifə bulağından su içmişəm...

30 yanvar 2021 - 10:13

GT film studio xeyriyyəçi – şair Gülağa Tənhanın “Vətən və Ruh” haqqında müsahibəsini təqdim edir. Bizim kimliyimiz, etdiyimiz əməllər ruhumuzda (DNK - da) mövcuddur. Şairin dediklərindən belə qənaətə gəlmək olur ki, biz əgər harada olmağımızdan asılı olmayaraq, kökümüz sanki bir ağac kimi, Hənifə bulağlından su içibsə o bizim ruhumuza, şüurumuza təsir edib. Nə qədər inkişaf edib, püxtələşsək, dünyaya çıxsaq da Vətən, Vətəndir! Necə ki, Qarabağ yaşantısını, həsrətini illərlə unutmadan geri qayıtdıq... Əgər bir şey sənindirsə, gec-tez sənin olur! Gülağa Tənhanın “Vətən sənsiz darıxmışam” şeirinə bəstələnən mahnıya II Qarabağ Müharibəsindən əvvəl necə baxırdıqsa bu gün artıq bu kadrlara, musiqiyə başqa ovqatla yanaşırıq. Torpaqlarımızı işğaldan azad etdikdən sonra hər şeyə münasibətlərimiz müsbətə doğru dəyişdi. Şəhidlərimizin ruhu şad, Vətənpərvərlərin canı salamat olsun!

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха