Çapa göndər
Gülağa Tənha “Unutma ki sənin burada Şəfiqə adlı anan var!”

24 yanvar 2021 - 10:50

“Unutma ki sənin burada Şəfiqə adlı anan var!”

 

Xeyriyyəçi-şair Gülağa Tənha Azərbaycana gəldikdə şərqdə ilk opera bəstəkarı olan qadın, Xalq artisti Şəfiqə xanım Axundovanın ziyarətinə gəlməsi görüntülərini yayımlayırıq. Şair ilə bəstəkarın tarixi görüşündə digər sənət adamları, Xalq artistləri Gülyaz və Gülyanaq bacıları da iştirak edirlər. Onlar keçmiş bir həyat yolunu nəzərdən keçirdir, sonra Gülağa Tənha kitablarının çapına necə hazırlaşdığını, onu hansı mühitdə redaktə etdiyinin sirrini bölüşür. Daha sonra Şəfiqə xanım şairin gəlişinə çox sevindiyini bildirərək, hər dəfə Azərbaycana gələndə onun ziyarətinə gəlməsini söyləyir: “Unutma ki sənin burada, Şəfiqə adlı anan var!” Ətraflı video linkdə...

Şəfiqə xanım Axundovaya (21 yanvar 1924– 26 iyul 2013) Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixin yaddaşına yazılmışdır.