Çapa göndər
Gürcüstanda iki nəfəri girov götürən keçmiş polis əməkdaşı saxlanılıb

16 yanvar 2021 - 20:07

Gürcüstanın Kaspi rayonunda polis xüsusi əməliyyat keçirib.

 

“Report”un yerli bürosu xəbər verir ki, əməliyyat zamanı iki vətəndaşı daş sexində girov saxlayan 27 yaşlı kişi saxlanılıb.

 

 

 

 

Həmin şəxs ona maşının verilməsini tələb edib və Gürcüstan ərazisini tərk edib Rusiyaya getməyi planlaşdırırdı.

 

Bir neçə saat ərzində polis silahlı şəxslə danışıqlar aparıb və nəticədə girovlar azad edilib. Xüsusi əməliyyat zamanı xəsarət alan olmayıb.

 

Saxlanılan şəxsin 2018-ci ilədək Daxili İşlər Nazirliyinin əmədakşı olduğu müəyyən edilib. Bir neçə gün öncə o, polisə müraciət edərək konkret şəxslərə qarşı iddialarının olduğunu bildirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin zorakılığın tətbiqi ilə iki və ya daha artıq şəxsin girov götürülməsi maddəsi üzrə istintaq aparılır.