Çapa göndər
ABŞ İranla yeni sazişin şərtlərini açıqladı

15 oktyabr 2018 - 20:41

Vaşinqtonun İranla bağlamaq istədiyi müqavilədə bütün narahatlıqlar nəzərə alınmalıdır. 

Bİ.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib: 

“İranla yeni müqavilənin bağlanması müqabilində çox şeylərə hazırıq. Bu müqavilə Vaşinqtonun bütün narahatlıqlarını, o cümlədən Tehranın raket proqramı ilə bağlı məsələləri nəzərə almalıdır”. 

O qeyd edib ki, İranın raket proqramı təhlükəsi Yəmən, İraq və Suriyada getdikcə daha da artır: 

“Əgər İranın Yaxın Şərqdə təsirinin qarşısının alınması üçün daha çox iş görməsək, regional münaqişə riski ilə üzləşəcəyik”.