Çapa göndər
Gülağa Tənha Şəhid analarına ithaf olunur...

07 yanvar 2021 - 14:08

Bu gün polkovnik-leytinant Rəşad Atakişiyevin doğum günüdür! 1985 – ci ildə dünyaya  gələn pilotumuz 2019 – cı ilin iyulun 24  - i , gecə təlim-məşq uçuşları zamanı qəflətən rabitə əlaqəsi kəsilmiş və təyyarə Xəzər dənizinə düşmüşdür. Rusiyadan və Türkiyədən cəlb olunan mütəxissislərin axtarışı nəticəsində 20  avqust  tarixində tapılmış və  II Fəxri Xiyabanda dəfn edilmişdir.   Xeyriyyəçi-şair Gülağa Tənhanın sözlərinə bəstələnmiş “Ağlama, şəhid anası” mahnısı da məhz Rəşad Atakişiyevin  ailəsinin timsalında bütün şəhid Analarına  ithaf edilmişdir. Həmin Klipi video link bölməsində izləyə bilərsiniz...

 

 


Söz: Gülağa Tənha
Musiqi: Razim Paşayev
İfa: Cabir Abdullayev
 
 

 


AĞLAMA, ŞƏHİD ANASI
 

Gözlərinə yaş olaram,
Ağlama, şəhid anası.
Oğluna qardaş olaram,
Ağlama, şəhid anası.
Üz, göylərdən buludu üz,
O çarəsiz ümidi üz.
Bağrına daş bağlayıb döz,
Ağlama, şəhid anası.
Qıyma bulud kimi dolum,
Köynəyindən keçir məni,
Gəlmişəm ki, oğlun olum,
Ağlama, şəhid anası!

 

Gülağa Tənha 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха