Çapa göndər
Gülağa Tənhanın xüsusi video müsahibəsi

31 dekabr 2020 - 09:00:00

Silsilə yaradıcılığını işıqlandırdığımız xeyriyyəçi-şair Gülağa Tənhanın (Qənbərov) ilin yekunu və sinvolik olaraq , “Ey Tanrım” şeirini təqdim edir, eyni zamanda müəllifin fikirləri ilə daha yaxından tanış olmaq üçün xüsusi, iki müsahibəsini video link bölməsində yayınlayırıq. Müsahibənin rejissor və montajçısı Ruslan Mollayev, operator: Rasim Sadıqov, Müsahib: Tanınmış şair-xeyriyyəçi Gülağa Tənhadır. 

 

EY TANRIM


 
Ey Tanrım, hər yerdə səni görürəm,
Yerdəsən, göydəsən, kainatdasan.
Səni vəsf etməkdə acizdir qələm,
Özün can verdiyin bu həyatdasan.
Göydə ulduzları, Ayı yaratdın,
Bu dünyada səslər, rənglər – əməlin.
Dənizlər xəlq etdin, dağlar ucaltdın,
Təbiət sənindi, məxluqat sənin.
Ey Tanrım, rəhm elə suçlu bəndənə,
Adilsən, aqilsən, keç günahımdan.
Səndən yarananlar dönəcək sənə,
Bizi məhrum etmə öz dərgahından.


 
Gülağa Tənha

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons