15 oktyabr 2018 - 16:16
Bu ilin oktyabrın 1-nə Azərbaycanda pensiyaların orta aylıq məbləği keçən ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 221,1 manata çatıb.
Bİ.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 % (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların həcmində artım dinamikasının davam etməsi nəticəsində hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin olunur.
Ölkəmizdə pensiya alanların sayı isə 1 milyon 309 min nəfərdir ki, bu da ölkə əhalisinin 13,2 %-i təşkil edir. Pensiyaçıların 58,5%-i yaşa, 11,5%-i ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.