Çapa göndər
“Aşqar” Elmi İstehsalat Birliyində parafinli neftlərin uzaq məsafəyə nəqlinə imkan verən aşqar istehsal edilir

10 dekabr 2020 - 18:15

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ)yaradılmış və tətbiq üçün tövsiyə edilmiş bəzi elmi-tədqiqat işlərinin nəticələrininAMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində (EİB) reallaşması üçün müvafiq işlər aparılır.
Belə ki, AKİ-də yaradılmış, parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən “Depressator AKİ” aşqarı “Aşqar” EİB-dəböyük miqyasda istehsal edilir.
“Depressator AKİ” aşqarı yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Səngəçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan neft kəməri ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur.
AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi
Nərgiz Qəhrəmanova