Çapa göndər
Sağ qalan Milli Qəhrəmanlar kimlərdir? -SİYAHI

10 dekabr 2020 - 18:06

Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş 218 nəfərə Milli Qəhrəman adı verilib.
Sonuncu dəfə bu fəxri adla dünən üç nəfər təltif olunub. Prezident İlham Əliyevin 9 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra); Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra); Hüseynov İbad Mövsüm oğlu – (ehtiyatda olan baş çavuş) “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Qeyd edək ki, Milli Qəhrəman adı almış hərbçilərimizdən 4-ü bu il – yaxın bir neçə ayda həlak olub. General-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı şəhid olublar.
Şükür Həmidov Vətən Müharibəsi zamanı - 23 oktyabr 2020-ci ildə doğma rayonu Qubadlı uğrunda döyüşlərdə şəhid olub.
Birinci Qarabağ müharibəsində Milli Qəhrəman adı almış Məhəmməd Həsənov isə bu il noyabrın 18-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yol qəzasına düşərək, aldığı ağır xəsarətlərdən vəfat edib.
Bəs qəhrəmanlardan neçəsi hazırda sağdır və onlar kimlərdir? Əksər hallarda ictimaiyyət nümayəndələri kimlərin sağ, kimlərin şəhid və həyatda olduğunu bilmir.
Buna görə də hazırda sağ olan Milli Qəhrəmanların adlarını dəqiqləşdirib. Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 16 nəfəri sağdır.
Sağ qalan Milli Qəhrəmanları siz də tanıyın – soldan sağa şəkil sırası ilə adlar:
1. Maşallah Abdullayev
2. Bəxtiyar Allahverdiyev
3. İntiqam Atakişiyev
4. Rövşən Əkbərov
5. Vahid Quliyev
6. Şahin Tağıyev
7. Fəxrəddin Cəbrayılov
8. Ehtiram Əliyev
9. Fariz Qəhrəmanov
10. Mədət Quliyev
11. Mirzə Quliyev
12. Zabit Quliyev
13. Fariz Mədətov
14. Mövsüm Məmmədov
15. Sahil Məmmədov
16. İbad Hüseynov

modern.az