Çapa göndər
Sizə Mərkəzi Gömrük Hospitalının təcrübəli travmatoloq-ortopedi Çingiz Qarayevi təqdim edirik

08 dekabr 2020 - 15:49

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının təcrübəli travmatoloq-ortopedi  Çingiz Qarayevi təqdim edirik.


Dr. Çingiz Qarayev Mərkəzi Gömrük Hospitalında oynaqların artroskopiyası, yuxarı və aşağı ətrafların əyriliklərinin – deformasiyalarının korreksiyası, çanaq sümüklərinin, kürək sümüyünün qeyri-stabil tip zədələnmələrinin cərrahi yolla aradan qaldırılması, sümüklərin tamlığının bərpası üzrə aparılan osteosintez əməliyyatları və digər ortopedik-travmatoloji əməliyyatların həyata keçirilməsi ilə məşğuldur.


Dr. Çingiz Qarayev 1970-1976-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 1976-1977-ci illərdə Mərkəzi Dənizçilər xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura və 1981-1983-cü illərdə  Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda travmatologiya-ortopediya ixtisası üzrə ordinatura keçib.


Dr. Çingiz Qarayev 2002-ci ilədək müxtəlif dövlət tibb müəssisələrində həkim-travmatoloq kimi çalışıb. O, 2002-2016-cı illərdə Səudiyyə Ərəbistanının Riyadh  Silahlı Qüvvələr Hospitalında ortoped mütəxəssis kimi fəaliyyət göstərib.  Dr. Çingiz Qarayev 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi çalışır.


Daim öz üzərində işləyən və təcrübəsini zənginləşdirən Çingiz həkim müxtəlif beynəlxalq elmi-praktik konfranslarda, konqreslərdə, təkmilləşdirmə kurslarında və seminarlarda iştirak edir.
 

Həkim barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz:https://customshospital.az/chingiz-qarayev/.

Daha ətraflı məlumat üçün əlaqə nömrəsi: (012) 404-08-08.