Çapa göndər
"PUBG Mobile" oyunu üzrə Red Bull M.E.O. 2020 turnirinə qeydiyyat başladı!

07 dekabr 2020 - 14:07

21-27 dekabr tarixləri aralığında “PUBG Mobile” oyunu üzrə növbəti Red Bull M.E.O. 2020 turniri keçirələcək. Bu dəfəki turnir digərlərindən daha böyük mükafat fondu ilə yadda qalacaq. Belə ki, Red Bull M.E.O. turnirində ölkənin ən güclü komandası müəyyən olunacaq və qalib komanda 5000 AZN dəyərində birincilik mükafatı əldə edəcək.
 

Turnirin dəstəkçisi ölkəmizdə HONOR brendinin eksklüziv distribüteri İrşad Electronics şirkəti  ikinci yeri tutan komandanın hər bir üzvünə HONOR Pad V6 planşetlərini, üçüncü yerə layiq görülən komanda üzvlərinə isə  128 GB daxili yaddaşa sahib HONOR 9X smartfonlarını hədiyyə edəcək.


Tamamilə onlayn formatda baş tutacaq turnir üç mərhələdən ibarət olacaq. 21-25 dekabr aralığında turnirin seçmə mərhələsi keçiriləcək. 26 dekabr tarixində yarım-final mərhələsi, 27 dekabr tarixində final mərhələsi baş tutacaq.
 

Xatırladaq ki, “PUBG Mobile” oyunu üzrə Red Bull M.E.O. 2020 turnirində 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilər. İştirak ödənişsizdir.
 

Qeydiyyatdan indi keç: REDBULL.AZ/MEO
 

İrşad Electronics və Azərbaycan Kiber İdman Federasiyası Red Bull M.E.O. 2020 turnirinin rəsmi tərəfdaşlarıdır.


Oynayır hamı, qalib gəlir biri! Bu keçiddən istifadə edərək turnirə qoşul və 5000 AZN pul mükafatı və ya dəyərli hədiyyələr qazanma şansını əldə et.