06 dekabr 2020 - 13:48
Əsirdən məktub var - “Dayı, anamı tək qoyma"
44 günlük müharibdə yaralanaraq, ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.
Sözügedən məktub sosial şəbəkələrdə paylaşılıb.
Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasına özünə yaxşı baxmasını deyib:
“Salam, ana necəsən? Mən yaxşıyam, məndən narahat olma, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Hər kəsə məndən salam deyin. Ana sən özünə yaxşı bax. İnşallah, səni gələndə möhkəm görüm. Səni çox sevirəm, ana”. Əsir məktubda dayısına anasını tək qoymamağı xahiş edib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.