Çapa göndər
Evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanıldı -VİDEO

02 dekabr 2020 - 15:39

Ağstafada evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ağstafa RPŞ əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərovanın koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk etmələri aşkarlanıb.
Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib. Onlar barəsində RPŞ-də araşdırmalar davam etdirilir. Modern.az