01 dekabr 2020 - 18:14
Paşinyan məhkəmədə uduzdu
Yerevan inzibati məhkəməsi başç nazir Nikol Paşinyana qarşı qaldırılmış məhkəmə iddiası barədə hökm çıxarıb.
Ermənistan KİV-nə istinadən xəbər verilir ki, təbiətin mühafizəsi xidmətinin inspeksiya idarəsinin rəis müavini çalışan İqor Sarkisyan Paşinyana qarşı məhkəmə iddiasə qaldırmışdı.
Şikayətçi onun işdən azad olunması barədə baş nazirin 2019-cu il 23 dekabr tarixli qərarının ləğv olunmasını tələb edib. Məhkəmə onun iddiasını təsdiqləyərək, işində bərpa olunmasını və kompensasiya alması barədə hökm çıxarıb. Modern.az