01 dekabr 2020 - 12:46
Desələr həyatı sözlə ifadə edin deyərik ki, enişli-yoxuşlu, desələr bəs rəsmini təsvir edin, o zaman Laçın yolunu göstərərik. Çoxumuzun dilinin altında illərlə oxuduğumuz “Laçınım, Laçınım, Laçınım mənim” mahnısını bəlkə də, müğənnilərdən çox biz oxuyurduq. O yurdun sakinlərinin acılarını, danışdıqlarını eşidib, onların yenidən o torpaqlara qayıtmasını istəmişdik. Vətəndə ola-ola Vətənə həsrət qalmağın nə olduğunu görmüşdük. Bu gün 1 dekabır 2020 – ci il həyatın zirvəyə gedən yolu azad olundu. Diləyirik ki, bütün işğal altında azad etdiyimiz torpaqları yenidən gözəl şəkildə bərpa edək və hər bir el – obadan toy baryarm səsləri gəlsin. Bu münasibətlə Azərbaycan Xalqını təbrik edir, xeyriyyəçi – şair Gülağa Tənhanın “İncitmə məni” şeirinin üzərində qurulmuş vals nəğməni klipl şəkilində sizə ərmağan edirik. Klip sinvolik olaraq sevənlərin qovuşması, toy üzərində hazırlanmışdır.
İNCİTMƏ MƏNİ
Hər gün, hər axşam
Gözlərəm səni.
Tənha qalmışam
İncitmə məni.
Ey nazlı canan,
Gözləri ceyran,
Mən sənə heyran,
İncitmə məni.
Vuruldum sənə,
Yandım eşqinə,
Zülm etmə mənə,
İncitmə məni.
Sənsən həyatım,
Eşqim-büsatım,
Ən xoş saatım,
İncitmə məni.
Qollarını aç,
Ömrümə nur saç,
Başıma ol tac,
İncitmə məni.
Gülağa vurğun,
Kədərli, yorğun.
Çöhrəsi solğun,
İncitmə məni.
Sumqayıt, 04.10.2003
söz; Gülağa Tənha
musiqi: Əməkdar incəsənət xadimi Ramiz Mirişli
ifa: Xalq artisti Azər Zeynalov
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons hazırladı: Ağa M. A