Çapa göndər
Maradona ilə vida mərasimi Prezident Sarayında keçirildi

27 noyabr 2020 - 14:56

Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçirildi

Vidalaşmaq istəyənlərin qəbulu əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.