Çapa göndər
İynəyarpağın unikal müalicəvi xüsusiyyətləri. Koronavirusa da çarədir

23 noyabr 2020 - 13:24

Font-variant-caps: normal;orphans: 2;text-align:start;widows: 2;-webkit-text-stroke-width: 0px; text-decoration-style: initial;text-decoration-color: initial;box-sizing: border-box; margin-bottom:1rem;word-spacing:0px">İynəyarpaq müxtəlif damaq xəstəlikləri (o cümlədən, sinqanın - vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlik), mədə-bağırsaq sistemi pozulmaları, yaralar və müxtəlif dəri zədələnmələrinin müalicəsində istifadə olunurdu.
Nəfəsalma sistemi xəstəlikləri zamanı iynəyarpağın iyi xəstələrə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər belə xəstələrə şam və küknar ağacların çox olan kurortlarda dincəlməyi tövsiyə edirlər.
İynəyarpaq antiseptik, iltihabəleyhinə, virusəleyhinə, qurdqovucu, öd və sidikqovucu təsirinə malikdir.
İynəyarpağın kimyəvi tərkibi çox zəngindir. Burada vitaminlər (E, PP, K, C), minerallar (marqans, kobalt, dəmir, yod), efir yağları, fitohormonlar və s. kimi fayadı maddələr var.
Şam ağacının iynəyarpağı daha faydalı sayılır.
İynəyarpaq ürək-damar və sinir sisteminə çox müsbət təsir edir. İynəyarpaqla vannalar sakitləşdirir, streslə mübarizədə kömək edir, yuxunu tənzimləyir. İynəyarpaqla vanna hazırlamaq üçün 300 qr iynəyarpağın üzərinə 3 l qaynar su əlavə olunur və 10-15 dəqiqə ərzində vam odda qapaq altında qaynadılır. Daha sonra soyudulur, süzülür və vannaya əlavə olunur (su ilıq olmalıdır). Belə müalicəvi vannaları həftədə 2-3 dəfə 15-20 dəqiqə ərzində qəbul etmək lazımdır.
İynəyarpaq güclü antiseptik və iltihabəleyhinə təsirinə malikdir, öskürəklə mübarizə aparır, boğaz ağrısını azaldır. Dəmləmə hazırlamaq üçün 2 qaşıq xırda doğranmış iynəyarpaq 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gün ərzində 1/3 stəkan həcmində qəbul olunur. Dəmləməyə 1 çay qaşığı bal və limon əlavə etmək olar.
Həmçinin iynəyarpaqla inhalyasiyalar da çox yaxşı müalicəvi effekt verir. Bunun üçün 1/2 stəkan xırda doğranmış iynəyarpağın üzərinə 1/2 l qaynar su əlavə olunur, vam odda 10 dəqiqə ərzində qapaq altında qaynadılır. Dəmləmə bir qədər soyandan sonra onun buxarı ilə nəfəs alın.
İynəyarpaq dəmləməsi (qarqara şəklində) həmçinin ağız boşluğunda olan iltihabların qarşısını alır, damaq problemləri ilə mübarizə aparır, damaqları möhkəmləndirir.
İynəyarpaq varikoz xəstəliyi zamanı da yaxşı müalicəvi effekt verir - damarların divarlarını möhkəmləndirir.
İmmun sisteminin möhkəmləndirilməsi üçün iynəyarpaq çayından istifadə edin. 1 stəkan qaynar suda 1 xörək qaşığı xırda doğranmış iynəyarpaq dəmləyin, 30 dəqiqədən sonra süzün və bal və limon əlavə edib çay kimi için.
Çində koronavirus xəstələrinin müalicəsində dərmanlarla yanaşı bitkilər də istifadə olunur. Bunların arasında biyan kökü, efedra bitkiləri və iynəyarpaq əsas yer tutur. SaqlamHeyat.az