Çapa göndər
Şuşa meşəsində - 6 gün gizlənən erməni polis...

23 noyabr 2020 - 13:19

 Sülhməramlıların iştirakı ilə Şuşada erməni tərəfinin meyitlərinin toplanması zamanı bir nəfər erməni polis əməkdaşı sağ vəziyyətdə tapılıb.

Bu barədə xəbəri "Sputnik Armenia" saytı yayıb.

Bildirilib ki, sözügedən polis əməkdaşı 6 gün meşədə yaralı vəziyyətdə gizlənib. O, hərbçilər tərəfindən sağ aşkarlanıb.

Bildirilib ki, digər tapılan şəxslərin hamısı ölü olub. Publika.az