Çapa göndər
Gülağa Tənha Yaxın keçmiş...

21 noyabr 2020 - 12:03

Xeyriyyəçi-şair Gülağa Tənha (Qənbərov) Ulu öndər Heydər Əliyevin Dünya azərbaycanlıların I qurultayında çağırışı ilə Azərbaycana gəlmişdir və o gündən müxtəlif bölgələrdə xeyriyyə işləri görmüş, poeziya günləri keçirtmişdir. Təqdim etdiyimiz videoçarxlardan da məlum olur ki, şeirlərin əsas ana xətti Vətən, Yurd, Torpağa əlaqədardır. Vətəni sevən hər bir şəxsdə bu instinkt olaraq baş verir: sən əgər eldən-obadan uzaq düşüb, uzaq diyarlarda səlahiyyətli, imkanlı dairələrdə uğur əldə edirsənsə hökmən qazandıqlarından xalqın üçün sovqat gətirirsən və ya müxtəlif mədəniyyətlər görən şəxs ən yaxşılarını öz torpağında da tədbiq eləməyə can atır. Bunlar hamısı dahi şəxsiyyət Heydər Əliyevin ideyasının tərkib hissələrindən idi ki, xeyiyyəçi- şair bütün bunları yaradıcılığında əks etdirməkdədir. Yaxın keçmişi nəzərdən keçirtmək üçün hazırlanan videoçarxı izləyə bilərsiniz.


Qeyd: Dünya azərbaycanlılarının I qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir.Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ,Türkiyə,Rusiya,Böyük Britaniya,Kanada,Almaniya Fransa,Gürcüstan,Avstriya,Rumıniya,İsveçrə,Avstraliya,Özbəkistan,Ukrayna,Estoniya,Latviya,Moldova,Qazaxıstan,Danimarka,Hollandiya,Finlandiya,Belarus,İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan,elm,təhsil,mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. 
"Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.
Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.
 
 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons