Çapa göndər
Gülağa Tənha Zirvədə məskən salan döyüşçülərimizə...

19 noyabr 2020 - 12:30

Xeyriyyəçi – şair Gülağa Tənhanın   “Gözlərimin içinə baxma” şeirini təqdim edirik!

“Bir simə bənddir” sözü çox güman ki daha çox şairlərə, sənət adamlarına, ümumilikdə həssas adamlara aid edilir. Sanki həmin o sarı sim şairin daxilində mövcuddur, ona bir toxunuş bəs edir ki, ilhamlansın və yeni sənət əsəri ərsəyə gətirsin. Təqdim etdiyimiz şeiri oxuduqca bir oxucu kimi məhz belə qərara gəlmək olur ki, bu şeir də danışdığımız, əhval şeirlərindəndir. Sizə həmin şeiri həm yazılı həm də tədbirlərin birində qiraətçi Rəşad Bəxtiyarov tərəfindən səsləndirməsini təqdim edirik. Dünəndən sosial şəbəkədə yayılan əsgərlərimizin, döyüşdən sonra şanlı, ucalmış bayrağımızın əhatəsində, zirvədə, yalın torpaq üzərində dincəldiklərini gördükdə, tezliklə sevdiklərinə qovuşmaları duası keçdi dilimizdən. Həmin o görüntü ilə bu şeir arasında hansısa  düz mütanəsib hiss olunur...

 

GÖZÜMÜN İÇİNƏ BAXMA

 


Bu soyuq rüzgarın insafı yoxdu,
Elə bil göylərdə qar havası var.
Ürəyim üşüyür, yenə göylərin
Sevgimin oduyla öz davası var.
Başımın üstündə nə vaxtdan bəri,
Çovğun oynadırsan, yel əsdirirsən.
Özün xoşbəxtliyə tələsdiyin tək
Məni əzablara tələsdirirsən.
Hardasa dağların qarı əriyib,
Hardasa bir ilıq barışıq düşüb.
Biz olan tərəfdə görəsən niyə
Dünyanın iqlimi qarışıq düşüb?
Sənin gözlərinin soyuqluğundan
Üzümə ağ olan ilim üşüyür.
Yox, daha adını tuta bilmərəm,
Dodağım üşüyür, dilim üşüyür.
Telinə bürünür itən illərim,
Canımı aldıqca bu hiss, bu duyğu.
Ömrümü üşüdür, əllərimi yox,
Sənin gözlərinin qar soyuqluğu.
Soyuqdan istiyə uçur, daha sən,
Uçan durnaların köçünə baxma!

Məni dirigözlü donduracaqsan,
Baxma, gözlərimin içinə baxma!..

 

Gülağa Tənha. Sahil qəsəbəsi, 24.05.2004

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons

hazırladı: Ağa M. A