18 noyabr 2020 - 12:45
“Vətənə gələndə” şeiri, xeyriyyəçi – şair Gülağa Tənhanın (Qənbərov) olduqca məhşur şeirlərindən biridir. Müxtəlif vaxtlarda qiraətçilər tərəfindən səsləndirirlməsi və mahnı şəkilində xalq artisti Mələkxanım Əyyubovanın, əməkdar artist Elza Seyidcahanın ifalarını təqdim etmişdik. Bu dəfə yayımladığımız klipdə, tanınmış Azərbaycan müğənniləri, hər biri öz tərzində ifa edərək, birliyin əhəmiyyətini qabartmış, vətəndaşlarımızın özünə məxsusluğun vacibliyi göstərilmişdir. Klipin diqqət çəkən digər tərəfi reper Uranın rep deməsidir. O, sanki şair Gülağa Tənhanın şeirinin kodlarını açır, kütlə qarşısına çıxaraq, Vətən eşqindən bəhs edir... Klip video linkdə:
VƏTƏNƏ GƏLƏNDƏ
Qabağına yüyürər
Yol Vətənə gələndə.
Məcrasına sığışmaz
Sel Vətənə gələndə.
Saçına daraq olar
Yel Vətənə gələndə.
Ayağına sərilər
Gül Vətənə gələndə.
Gözdən həsrət yaşını
Sil Vətənə gələndə.
Gələndə oğul kimi
Gəl Vətənə gələndə!
Məzari – Şərif, 1980
söz: Gülağa Tənha (Qənbərov)
musiqi: Elza Seyidcahan
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons