Çapa göndər
Yerevanda əsgər anaları etiraz aksiyası keçirir

16 noyabr 2020 - 19:23

Ermənistan Müdafiə Nazirliyinin binası önündə aksiya keçirilir.

 

Ermənistan KİV-nə istinadən xəbər veririk ki, aksiyanı övladları itkin düşmüş valideynlər keçirir.
Hisslərini cilovlaya bilməyən valideynlər övladlarından xəbər ala bilmədiklərini və Nazirliyin onlara dəqiq məlumatlar vermədiyini söyləyirlər.

 

Aksiyada iştirak edənlərin əksəriyyəti övladlarının cəsədlərinin Azərbaycan tərəfində olduğunu düşünür. Modern.az