Çapa göndər
FUTBOL- Useyn Bolt: "İndi Ronaldu məndən sürətlidir. O, super atletdir" İNTİQAM təqdim edir (Azpress.AZ)

15 noyabr 2020 - 19:00

Yüngül atletika üzrə (100, 200 və 4x100 m qaçış) 8 qat Olimpiya çempionu adını daşıyan yamaykalı sprint Useyn Bolt ona ünvanlanan suala maraqlı bir cavab verib. "Əgər indi qaçış üzrə yarış keçirilsə kim qalib gələrdi - Bolt, yoxsa, "Yuventus"un və Portuqaliya millisinin forvardı Ronaldu Kriştianu?" sorğusunu cavablandıran Bolt belə deyib: "Mən tam inamla deyirəm ki, Kriştianu Ronaldu qalib gələrdi. Ona görə ki, o, hazırda iş başındadır. Açığı deyim ki, mən onu superatlet adlandırıram. Ronaldu ümumiyyətlə, öz idman növündə həmişə top sıradadır.O, hər gün öz üzərində ciddi cəhdlə çalışır. Hesab edirəm ki, indi o məndən sürətlidir".