Çapa göndər
İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək Pansionat ilin sonunadək istifadəyə veriləcək

14 noyabr 2020 - 16:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.


Burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin olunacaq.


Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.