Çapa göndər
Azərbaycan və Türkiyə mütəxəssisləri təhsil və vətənpərvərlik mövzusunu müzakirə edəcəklər

06 noyabr 2020 - 21:14

Noyabrın 7-si saat 11:00-da Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK platformasının təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı onlayn seminar keçiriləcək.
 


Seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?”, “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılacaq.
 


Seminar Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.