05 noyabr 2020 - 20:19
Ermənistanda son sutka ərzində 2 min 413 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bununla da ölkədə infeksiyaya yoluxanların sayı 99 min 563-ə çatıb.
Ölənlərin sayı 24 nəfər artaraq 1 476 nəfərə yüksəlib.
Hazırda Ermənistanda 37 min 562 aktiv koronavirus xəstəsi var.