25 oktyabr 2020 - 10:00
Xeyriyyəçi-şair Gülağa Tənhanın “Karvanı saxla” və “Gəlirəm” şeirlərini təqdim edirik! Müharibənin 29 – cı günüdür!
KARVANI SAXLA
Qardaş,
daraq elə duyğularını,
Fürsət səninkidi,
dara dağları.
Təpələr – elə bil dəvə karvanı,
Bu karvan aparır hara dağları?
Aparır, bilmir ki, kor qalan yurdda,
Sönən ocaq qalır,
bulaqlar qalır.
Dərddən nalə çəkən,
ağılar səpən
Küskün dillər qalır, dodaqlar qalır.
Payızdı…
Köç gedir…
Belə bir anda,
Dilə tut, qılıqla,
sarvanı saxla.
…Sarvan bu uğurun kirədarıdı,
Amandı, köç gedən karvanı saxla!..
GƏLİRƏM
Bu həsrət gözümün yaşına dönüb,
Gözümün yaşına dönən həsrəti,
Gözümü çəkəndə köz-köz közərən,
Gözümə baxanda sönən həsrəti,
Sürmə eləmişəm gözümə, gülüm.
Sənsizlik ömrümə ölüm kimidi,
Dünyanın üzünü su ala bilər,
Niyə su səpirsən közümə, gülüm?!
Gedəndə sən mənə ümid vermişdin,
O ümid olubdu ayım, ilim də.
Yaxşı bilirsən ki, səni görəli
Gözlərin olubdu son mənzilim də!
…Gəlirəm, çiçəyim, uğur üstəyəm,
«Hə» denən, qoy olsun göz aydınlığı.
Həsrət gözlərinlə baxdığın bəsdi,
Gülüm, gözlərimdən üz aydınlığı!
Gəlirəm…
Sevincdən axan yaşını
Bir məlhəm bilərək qoyum ağrıma.
Gəlirəm, ay gülüm, aç qollarını,
Gəlirəm mən səni basım bağrıma!..
Gülağa Tənha
29 – cı gün!
Bugünün tarixinə yazılan odur ki, torpaqlarımız uğrunda Şəhid olanların, həmçini düşmən təxribatı nəticəsində dünyasını itirmiş mülki vətəndaşlarımızın bank kredit, faiz borcları tamamilə silinməsinə əmr verildi. Yaralananlar və bankda işləyərək qismən səfərbərliklə əlaqədar cəbhəyə gedən şəxslərə də güzəştlər və ailələrinə dəstək veriləcəyi bildirilir. Amerikanın Azərbaycandakı səfirliyi elan verərək öz vətəndaşlarını xəbərdarlıq edib bildirir ki, kimliyinizi, vəzifələrinizi heç yerdə bildirməyin. Kütlənin çox olan yerlərindən yayının, ətrafınızdan xəbərdar və diqqətli olun. Bu bizim əhaliyə də aiddir. Müharibəyə gəldikdə, bugünlər bəlkə də 27 santyabrdan bu yana olan döyüşlərin ən çətinidir. Elə hiss edirik, düşmən əlindən gələni edir ki, Ermənistan ərazisinə bir balaca atəş açaq, o da səsinin gur yerinə güc verib, car çəksin: “Görüsünüz bizi qırırlar!” Bu həm də onu göstərir ki, son damlaya qədər rusların onlara kömək edəcəylərinə ümid edirlər. Hörmətli cənab Putin də fikirini açıq şəkildə bildirərək elan elədi ki, Azərbaycanın Qarabağda olan torpaq problemi həll olunmalıdır. Yəni çox uzanmamalıdır bu məsələ, ustalıqla burada deyilmiş fikirlə mövqeyini açıq şəkildə bəyan edir. Qayıdaq bir fikir əvvələ, bilərəkdən atdıqları raket nəticəsində dinc əhali zərər görür, Tapqaraqoyunlu kəndində bağda xurma yığarkən 16 yaşlı Orxan dünyasını dəyişdi. Gəncəyə atılmış ağır artilleriyadan yaralanmış 13 yaşlı rus balası Artur da bu gün gözlərini əbədi yumdu. Biz hər gün dəfələrlə mətbuatda, televiziyada Ermənilərə dayanmağı, döyşməməyə səsləyirik. Nə qədər gec deyil, dayanın deyirik, xeyri yoxdur. Qayıdırıq əvvələ, çox gümanki Laçın dəhlizi uğrunda çox qızğın döyüşlər gedəcəkdir. Onlar son damlalarını o döyüşdə qoyacağı gözlənilir. Yaxşı o zaman biraz da irəlləyək, görək sonra nə edəcəklər? Ağ bayrağı qaldıracaqlarmı? Görün bunlar nəyə əl atırlar, deməli çıxış yolunu hələ ki, sərhədlərinə rus bayraqlarını vurmaqda görürlər. Əhali bundan sonra nə olacağından tamamilə bixəbərdir. Sadəcə bilirlər ki, qələbə bizimlədir! Allah Azərbaycanı sevən hər kəsi qorusun!
Hazırladı: Ağa M. A
#İlham #Əliyev #Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir