Çapa göndər
ABŞ 30 gün vaxt verdi: dayandırılmasa...

22 oktyabr 2020 - 20:16

ABŞ Dövlət Departamenti “Şimal axını 2” təbii qaz boru xətti layihəsinə qarşı sanksiyaları genişləndirib.

Sanksiya çərçivəsində boru xəttinin döşənməsində iştirak edən gəmilərə xidmət təmin edən şirkətlərin fəaliyyətləri dayandırılmasa, sanskiya ilə qarşılaşacaqlarına dair xəbərdarlıq olunub.

Maliyyə Nazirliyi ilə birlikdə Rusiyanın boru xəttinin inşasını dayandırmaq üçün bütün sanksiya imkanlarından istifadə etməyə hazır olduğunu bildirən departament şirkətlərin bu istiqamətlərdə fəaliyyətlərini dayandırması üçün 20 oktyabrdan etibarən 30 günlük vaxt verib.

Xəbərdarlıq 12 Avropa ölkəsindən 120 şirkəti maraqlandırır.

Qeyd edək ki, Almaniyada sona çatan 1 230 km uzunluğundakı boru xəttinin inşası, demək olar ki, başa çatdırılır. Sadəcə Danimarka sularından keçəcək 120 km hissə qalıb. Publika.az