Çapa göndər
ABŞ Avropanı 1 milyarda xilas edəcək

12 oktyabr 2018 - 11:19

ABŞ Avropanı Putinin nəzarətindən xilas etmək üçün 1 milyard dollar xərcləməyə hazırdır.

"Bİ.az" xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı  ABŞ senatorları Chris Murphy və Ron Johnson Avropa enerji təhlükəsizliyi və şaxələndirilməsi ilə bağlı qanun layihəsini təqdim ediblər. Bu sənədə əsasən, təchizatın diversifikasiyası və Rusiyanın təsirinin azaldılması məqsədilə 1 milyard dollar həcmində Avropa enerji layihələrinə maliyyə vəsaiti ayrılması təklif olunur. Qanun layihəsi ABŞ hökumətini və özəl sektorun Rusiyadan asılı olan ölkələrin strateji enerji obyektlərindəki investisiyaları stimullaşdırmaq üçün 1 milyard dollar sərf etməyi təklif edir. Bu investisiyalar müttəfiqlərimizə yeni enerji mənbələri tapmağa və strateji qurğulara yardım etməyə kömək edərək, Putinin Avropa üzərindəki nəzarətini pozmağa və ABŞ-da yeni iş yerlərinin yaradılmasına kömək edəcək " - Murphy deyib.