Çapa göndər
Meyvə sularının faydaları

21 oktyabr 2020 - 14:34

Meyvə şirələrinin içilməsi meyvələrlə qidalanmaqdan daha faydalıdır.
Meyvə sularının tərkibindəki vitaminlər və antioksidantlar bir çox xəstəliklərin qarşısını alaraq sağlamlığı qoruyur.
Portağal suyu bədəni soyuqlamadan və qripdən qoruyur, tərkibindəki S vitamini və turşular öskürəyi azaldır, antioksidant kimi kapilyarları gücləndirərək ürəyə zərər verməsinin qarşısını alır, normalaşdırır, dərinin təravətini saxlayır.
Albalı suyu qızdırmanı aşağı salır, qanı təmizləyir, bədəndə yığılan artıq suların ifraz olunmasına kömək edir.
Alma suyu isə qanda şəkərin miqdarını tənzimləyir, başağrılarını kəsir, böyrəkləri təmizləyir, bağırsaqlarda olan parazit qurdların tökülməsini təmin edir, ürək və ağciyər xəstəliklərinə yoluxmaq ehtimalını azaldır, damar sərtliyinin qarşısını alır.
Şaftalı suyu A, B və S vitaminləri olduğu üçün qripə qarşı bədənin müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin fəaliyyətinə kömək edir.
Üzüm suyu fiziki və zehni yorğunluğu aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dərinin yaşlanmasının qarşısını alır.//AzərTAC